FİFA-dan Messi və Ronaldo açıqlaması
“Barselona”nın hücumçusu Lionel Messi və “Real”lı futbolçu Cristiano Ronaldo “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak edəcək.
Bu haqda FİFA-nın saytı məlumat yayıb.
Mükafata digər namizəd, “Bavariya”lı FrankRiberi də mərasimdə iştirak edəcək.
Məlumatda deyilir ki, tədbirin fəxri qonaqları arasınsa Pele, Frans Bekkenbauer, Zinəddin Zidan, Neymar və digər ünlü futbol adamları olacaq.
Xatırladaq ki, “Qızıl top” mükafatı yanvarın 13-də Sürixdə təqdim olunacaq.