Tanınmış azərbaycanlı şahmatçı dünyasını dəyişdi (FOTO)
Vüqar Həşimov ağır xəstəlikdən bu gün keçinib.
Bu gün gecə saatlarında Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib. O uzun müddət beyin xərçəngindən müalicə alırdı. Onun müalicəsi Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilirdi.
Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.
Allah rəhmət eləsin!