Casillasdan yeni rekord
"Real"ın qapıçısı İker Casillas özünə aid olan rekordu yeniləyib.
Dalgatv-nin Qol.Az-a istinadən verdiyi məlumata görə, Casillas qapısını 592 dəqiqədir toxunulmaz saxlayır.
Madrid klubu ilə Çempionlar Liqasında və Kral kuboku matçlarında oynayan qapıçı son olaraq ötən ilin noyabrın 27-də ÇL-də "Galatasaray"la matçda qapısında qol görüb.
Qeyd edək ki, ispan qapıçının bundan əvvəlki rekordu 518 dəqiqə idi.