Dünyanın ən yaxşı yığma məşqçisi seçilib

altDünyanın ən yaxşı yığma məşqçilərinin reytinq siyahısı müəyyənləşib.
Dalgatv-nin Dailysport-a istinadən verdiyi xəbərə görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) keçirdiyi sorğunun nəticələrinə əsasən, İspaniya millisinin baş məşqçisi Visente del Boske planetin ən yaxşısı olub.
Ardıcıl ikinci, ümumilikdə dördüncü dəfə bu ada layiq görülən mütəxəssis 161 xal toplayıb.
Almaniyalı Yoahim Löv 101, braziliyalı Luis Felipe Skolari isə 74 xal toplayıb. Ümumilikdə isə siyahıda dünyanın 9 çalışdırıcısı yer alıb.alt