"Real" və Casillasdan yeni rekord

altİspaniya kubokunda "Espanyol"la cavab qarşılaşması həm "Real", həm də Casillas üçün əlamətdar olub.

Dalgatv-nin  Qol.Az-a istinadən verdiyi məlumata görə, bu qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Madrid klubu ard-arda 9 matçı qol buraxmadan tamamlayıb. Bununla da Karlo Ançelottinin komandası klubun 1994/1995 mövsümündəki 7 matçlıq rekordunu qırıb.

Casillas isə "Espanyol"la görüşdə qapısını toxunulmaz saxlayaraq ard-arda 682 dəqiqə qol buraxmayıb. Bu nəticə ilə o, klub tarixinin ən uzun müddət qapsında qol görməyən qolkiperi olub.