"Barcelona"dan Messiyə yeni müqavilə təklifi
“Barselona” rəhbərliyi futbolçu Lionel Messi ilə yeni müqavilə şərtləriylə bağlı danışıqları davam etdirir.
Dalgatv-nin Dailysport-a istinadən verdiyi xəbərə görə, Kataloniya təmsilçisi argentinalı forvarda ildə 20 milyon avrodan çox pul ödəyəcək.
Məlumatda bildirilir ki, "Barsa"nın yeni prezidenti Xosep Mariya Bartomeu yaxın günlərdə Messinin atası Xorxe Messi ilə görüşəcək.
Tərəflər arasında maddi məsələlərlə bağlı danışıqların Çempionlar Liqasının 1/8 finalında “Mançester Siti” ilə keçiriləcək matça qədər tam həll olunacağı gözlənilir.