"Atletiko" "Real"la matça itki ilə çıxa bilər
"Atletiko" İspaniya kubokunun 1/2 finalında "Real"la matça ciddi itki ilə çıxa bilər.
Dalgatv-nin Qol.Az-a istinadən verdiyi xəbərə görə, klubun rəsmi tvitter səhifəsindən verilən açıqlamada David Vilyanın sol ayağından zədələndiyi qeyd olunub. Bu səbəbdən hücumçunun təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, D.Vilyanın fevralın 5-i "Real"la baş tutacaq qarşılaşmada iştirak etməyəcəyi ehtimal olunur.