Norveç millisi Soçi Qış Olimpiya Oyunlarında qazanılan medalların sayına görə yenidən birinci pilləyə yüksəlmişdir
Norveç millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında yenidən birinci pilləyə yüksəlmişdir.
AzərTAc xəbər verir ki, 88 ölkədən 2800-dən artıq idmançının qatıldığı Olimpiya Oyunlarında Norveç millisinin hesabında bu günədək 4 qızıl, 3 gümüş və 4 bürünc medal vardır.
Kanada yığması 9 medalla (4-3-2) ikinci, Almaniya millisi isə 5 medalla (4-1-0) üçüncü pillədə qərarlaşmışlar.
Artıq XXII Qış Olimpiya Oyunlarında 22 ölkədən idmançılar medal qazanmışlar.
Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaqdır.