"Barselona" finalda "Real"a rəqib olub
İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.
Dalgatv-nin Qol.Az-a istinadən verdiyi xəbərə görə, son oyun günündə "Real Sosyedad" və "Barselona" komandaları üz-üzə gəlib.
İlk görüşdə səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "Real Sosyedad" klubu doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxa bilməyib. Bu oyunda rəqibi ilə 1:1 bərabərə qalan "Barselona" finala yüksəlib.
Qeyd edək ki, İspaniya kubokunun finalında "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gələcək.