Kaka "Milan"dan ayrıla bilər
"Milan"ın braziliyalı futbolçusu Kaka komandanı tərk edə bilər.
Dalgatv-nin Qol.Az-a istinadən verdiyi xəbərə görə, ötən il "Real"dan transfer olunan futbolçunun müqavilə müddəti bu mövsümün sonunda başa çatır.
Ancaq müqavilə şərtlərinə uyğun olaraq "Milan" Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün Kaka istənilən vaxt komandadan ayrıla bilər. Bunu klubun vitse-prezidenti Adriano Qalliani deyib.
Qeyd edək ki, Kaka bu yaxınlarda karyerasını ABŞ-da davam etdirmək istədiyini bildirib.