FİFA-dan "Barcelona"ya transfer qadağası
FİFA "Barselona" klubunu ağır cəzalandırıb.
Dalgatv-nin Qol.Az-a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi iki transfer dönəmində heç bir futbolçunu heyətinə qata bilməyəcək.
Buna "Barsa"nın 18 yaşlı bir oyunçunun transferində qanunsuzluğa yol verməsi səbəb olub. Beləliklə, Kataloniya təmsilçisi ötən mövsümdən transfer etmək istədiyi "Borussiya"nın qapıçısı Andre ter Ştegeni transfer edə bilməyəcək.
Qeyd edək ki, 350 min funt cərimə ödəməli olacaq "Barselona" bir il ərzində müqaviləsi başa çatacaq futbolçuları ilə də müqavilə yeniləyə bilməyəcək.