"Bakı"nın futbolçusu hakimə kəllə vurdu

altAzərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən "Bakı" - "İnter" oyununda xoşagəlməz hadisə baş verib.

Dalgatv Anspress-ə istinadən xəbər verir ki, qarşılaşmanın 72-ci dəqiqəsində kobud oyuna görə, sarı vərəqə ilə cazalandırılan meydan sahiblərinin müdafiəçisi Araujo Santos hakimin qərarına etiraz edib. Baş hakim Rəhim Həsənov isə ona bu etirazınına görə qırmızı vərəqə göstərib. Əsəblərini cilovlaya bilməyən braziliyalı futbolçu Rəhim Həsənova kəllə vurub.