Kirsan İlümjinov yenidən FİDE prezidenti seçilib
Kirsan İlümjinov yenidən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti seçilib.
Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, Norveçdə keçirilən səsvermədə onun yeganə rəqibi 13 qat dünya çempionu Harri Kasparov olub.
İlümjinovun lehinə 110 nəfər, Kasparovun - 61 nəfər səs verib.
Qeyd edək ki, Kalmıkiya Respublikasının sabiq başçısı İlümjinov 1995-ci ildən FİDE-yə rəhbərlik edir.