Ronaldo yeni rekorda imza atıb

altUEFA superkubokunda "Sevilya" ilə görüşdə dubl etməklə komandasının qələbə qazanmasında pay sahibi olan "Real" (Madrid) klubunun hücumçusu Cristiano Ronaldo matçın ən yaxşı oyunçusu seçilib.

GSR.fm-in Qol.Az-a istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçuya mükafatını sabiq baş məşqçisi ser Aleks Fergüsson təqdim edib.

Ronaldo superkuboku qazanmaqla yeni rekorda imza atıb. Futbolçu qazandığı superkubokla klub səviyyəsində mümkün olan bütün titullara yiyələnib.

Qeyd edək ki, "Sevilya" ilə görüşdə iki dəfə fərqlənən Ronaldo avrokuboklarda vurduğu qolların sayını 70-ə yüksəltməklə Filippo İnzaqiyə çatıb. Hər iki futbolçu "Real"ın eks futbolçusu Raul Gonzalesdən geri qalır. İspaniya millisinin sabiq üzvünün aktivində 77 qol var.