2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacaqdır

Sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 125-ci sessiyası öz işinə başlayacaqdır.
AzərTAc xəbər verir ki, sessiyada 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacaqdır. 2020-ci il Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhəri təyin etmək üçün keçiriləcək səsvermədə İstanbul, Tokio və Madrid şəhərlərindən biri seçiləcəkdir.
Bakının da 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyi irəli sürülmüşdü. Lakin genişmiqyaslı idman yarışlarının keçirilməsi təcrübəsinin olmaması ilə bağlı paytaxtımız iddiaçı şəhərlərin şort-listinə düşə bilməmişdi.