Gürcüstan İctimai Televiziyasının baş direktoru ikinci dəfə vəzifəsindən azad edilmişdir

Gürcüstan İctimai Televiziyasının Qəyyumlar Şurası televiziyanın baş direktoru Georgi Barataşvilini vəzifəsindən azad etmişdir.
Reqlamentə görə, Qəyyumlar Şurası yeni baş direktorun seçilməsi üçün 10 gün ərzində müsabiqə elan etməlidir. Baş direktorun vəzifəsinin icrası birinci müavin Tamaz Tkemaladzeyə həvalə olunmuşdur.
İctimai Televiziyanın Qəyyumlar Şurası televiziyanın baş direktoru Georgi Barataşviliyə son 6 ayda ikinci dəfə etimadsızlıq göstərmişdir. Birinci dəfə o, məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə vəzifəsinə bərpa olunmuşdur.
Georgi Barataşvili Qəyyumlar Şurasının onun barəsində yenə də ədalətsiz qərar qəbul etdiyini demişdir.