“Gələcəyə körpü” İctimai Birliyi Gürcüstanda keçiriləcək konfransda təmsil olunacaqdır
Dekabrın 18-də “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin baş katibi Hakim Ələsgərov Gürcüstanın Kaxeti bölgəsində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində keçiriləcək regional konfransda iştirak edəcəkdir.
İctimai Birlikdən AzərTAc-a bildirmişlər ki, hökumət və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçiriləcək ikigünlük tədbirdə Gürcüstan-Azərbaycan münasibətləri ətrafında müzakirələr, həmçinin əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılacaqdır.