Mixail Sakaşvili universitetdə dərs deyəcək

alt

Mixail Sakaşvili ABŞ-da universitetlərinin birində dərs deyəcək. 

O bu barədə facebook-dakı profilində qeyd edib. Gürcüstanın keçmiş prezidenti bununla yanaşı Amerika diplomatlarının hazırlandığı Fletçer Amerika Universitetində mühazirə oxuyacaq. Belə ki, ikinci semestrdən, yəni 2014-cü ildən etibarən tələbələrlə görüşəcək.