2014-cü il yanvarın 1-nə dünya əhalisinin sayı
2014-cü il yanvarın 1-nə dünya əhalisinin sayı 7 137 577 750 nəfər təşkil edəcək.
ABŞ-ın Əhalinin siyahıya alınması bürosundan bildiriblər.Keçən Yeni illə müqayisədə artım 77 630 563 nəfər və ya 1,1 faiz təşkil edir. Bu dövrdə artımı daha çox Hindistan təmin edib - 15,6 milyon nəfər. Bu göstərici ilə Hindistan Çin, Nigeriya, Pakistan və Efiopiyanı ötüb.
Qeyd edək ki, dünya əhalisinin sayı 7 milyardı 2012-ci ildə keçmişdi. 2025-ci ilə isə planetin əhalisinin 8 milyard nəfərə çatacağı gözlənilir.