Madrid derbisində Xocalı soyqırımı anılacaq
İspaniyanın "Atletiko Madrid" klubunun oyunçuları "Osasuna" və "Real Madrid" komandaları ilə keçirəcəkləri görüşlərdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxacaqlar.
Dalgatv-nin AzerTac -a istinadən verdiyi xəbərə görə, klubun Türkiyədən olan legioneri Arda Turan və daha bir neçə oyunçusu Xocalı hadisələrini pisləyən və dünyada sülhü dəstəkləyən videoçarxlar da hazırlayıblar. Həmin videoçarxlar klubun saytında yerləşdiriləcək.