Gürcüstanda 13 nəfər “Ebola” virusunun aşkarlanmasına görə nəzarətə götürülüb

altGürcüstanda 13 nəfər “Ebola” virusunun aşkarlanmasına görə nəzarətə götürülüb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Xəstəliklər və İctimai Sağlamlıq Mərkəzindən bildirilib.

Mərkəzin məlumatında qeyd olunur ki, son günlərdə virus şübhəsi ilə nəzarətə götürülənlərin sayı 62 nəfər təşkil edib, onlardan da biri Gürcüstan vətəndaşıdır. Qeyd olunub ki, nəzarət dövrü 21 gün olaraq planlaşdırılıb.

“Hazırda 13 nəfər nəzarətdədir. Bu adamlar yüksək risk daşıyan ölkələrdən gəliblər”.

Qeyd edək ki, bütün dünyada “Ebola” virusundan ölənlərin sayın 3800-ü keçib, ümumilikdə isəı 8 mindən çox insan bu virusa yoluxub.