Eminə avtomobil hədiyyə etdilər
World Music Awards və “Qızıl qrammafon” mükafatlarının sahibi tanınmış müğənni və bəstəkar Emin artıq 35 illik yubileyinə həsr edilmiş hədiyyələri qəbul etməyə başlayıb.
GSR.fm Oxu.az-a istinadən xəbər verir ki, məşhur müğənni-bəstəkar Emin Ağalarov İnstagram səhifəsində qeyd edib ki, ilk hədiyyəni ona dostu Murad Babayev təqdim edib:
“Mənim qardaşım mənim ilk “VAZ 2107” maşınımı tapıb, bu onun mənim 35 illiyimə hədiyyəsidir. 2001-ci ildə bu avtomobilin qiyməti 3200 dollar idi”, – Emin şəklin altında yazıb.
Qeyd edək ki, Eminin ad günü dekabrın 12-dir.