Zəlimxan Yaqubdan yeni xəbər var
“Dekabrın 7-də yenidən Almaniyaya gedirəm”.
Bunu AzNews.az-a açıqlamasında xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub deyib.
O, Almaniya səfərinin məqsədini belə açıqlayıb: “Müayinə və müalicə olunmalıyam. Özümü hələ ki, yaxşı hiss edirəm. Amma yenə də müalicə lazımdır”.
Z.Yaqub bildirib ki, xəstə olduğu illər ərzində dəvət aldığı bütün tədbirlərdə iştirak edib: “Hətta mən Əfv Komissiyasının da bütün iclaslarında oluram”.
Qeyd edək ki, Zəlimxan Yaqub böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Şair uzun illərdir ki, xəstəliyi ilə bağlı Almaniyada müalicə kursu keçir.