Azərbaycanda yaşlı qadını yandırıblar

altUcarda güclü yanğın nəticəsində yanaraq ölən qadın barədə yeni məlumatlar yayılıb.

ANS PRESS-in məlumatına görə, hadisə Ucar şəhərinin Tofiq İsmayılov küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1937-ci il təvəllüdlü Qənirə Həsənovanın mənzili yanaraq kül olub. Yanğın nəticəsində qadın evdə ölüb. İlkin ehtimalda hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirlsə də, sonradan bunun qətl olduğu məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, Qənirə Həsənova bıçaq zərbələri ilə öldürülüb. Sonradan izi itirmək üçün evi yandırıblar.

Qeyd edək ki, qadın rayonda tək yaşayırmış. Onun iki qızı olsa da ərə köçüblər və qadın tək qalırmış. Qadının maddi durumu yaxşı olub. Bu sbəbdən də, ehtimal olunur ki, hadisə tamah məqsədilə törədilib.

Rayon Prokurorluğundan ANS PRESS-ə hadisənin həqiqətən də qətl olduğunu təsdiqlədilər. Ucar rayon prokurorunun köməkçisi Araz Əkbərov bildirdi ki, hazırda hadisə araşdırılır. Cinayətkar tezliklə müəyyən edilərək istintaqa cəlb ediləcək.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.