Ölənə xoşbəxt deməzlər...Azər...Amma Sən... (FOTOLAR)
...Ölümünlə özünə xoşbəxtlik gətirdin, bir daha çoxlarının duyub-başa düşmədiklərini və yaşından çox qabağa gedib qloballaşan dünya pərdəsi altında baş verən problemləri öncədən duyduğunu sübut etdin, o dünyanın bu dünyadan yaxşı olduğunu anlayıb Şəmməd, İsmixan babalardan, səni dünya qədər sevən ata-anan-Şahismayıldan, Vətəngüldən, səni əziz tutanlardan əbədi ayrıldın...
Azər, sən bir addım atdın, hamını ağlar qoydun, ancaq yazdığın 12 səhifəlik yeganə yadigarında qeyd etdiklərin çoxlarına dərsdir: dünya baş verənlərə dözmək iqtidarında deyildir, bəşəriyyət qloballaşma adı ilə gedən dünyanın sonunu dərk etmir, mənim hamıya-atama, anama, bacılarıma- hamıya yazığım gəlir və gələcək kataklizm görüb, hamının pis günlərini yaşamamaq üçün bu addımı atmaqdan başqa yolum yoxdur,-deyib əbədi dünyana qovuşdun... Sən nə qədər yaşından qabağa gedibsənmiş!..
Azər, sənin böyük gələcəyin, arzuların vardı, atan, anan, bütün səni istəyənlər, doğma vətənin Qardabani rayonundakı Kosalı kənd camaatı sənə ümid bəsləyir, gələcəyinə inanırdılar. Amma sən başqa yol seçdin, görünür burada da zəkan hamının zəkasının çata bilmədiyi kəhkəşanı zəbt edibmiş...
Sənin atdığın addım hamını təəccübləndirib, heyrətləndirib. Bu, hər kişiyə nəsib olmur. Azər, sən ölümünlə ölümə meydan oxudun. Özün gülürdün, cəsədin gülürdü, amma hamı ağlayırdı, sənin cavan ömrünə heyfimiz gəlirdi... Sənsə üzündə-gözündə təbəssüm, gülə-gülə gedirdin haqq dünyana. Elə bil kədər içində olanlara yenə də ağıl dərsi keçirdin və deyirdin ki, hələ sizin başa düşmədiyiniz nə qədər məsələlər var və hamı o dünyalıqdır, hamı bir gün deyəcək:
Nə baxırsan mənim kimi,
Çox baxmışam sənin kimi.
Azər, sən az yaşadın, ancaq çox mətləblərdən halı oldun. Cəmi 20 yaşlıq ömründə heç kəs nə bu dünyanı, nə o dünyanı sənin qədər duyammadı. Sən nə qədər duyumlu, nə qədər həssas, nə qədər gələcəyi görənsəmiş! Bunu dərk edə bilmədiyimizdən heyfim gəlir...
Azər, kədərin həm gürcüstanlı, həm də azərbaycanlı azərbaycanlıları, türk dünyasını qəm dəryasına qərq etdi. Görünür, tale sənin beşik bələyinəbunu yazıbmış və sən anadan olanda bacıya qardaş, atana oğultək onları sevindirdiyin kimi, Allahın sevimlisisənmiş və Ulu Tanrı da sevimlisini, - səni özü yanına apardı. Allah çoxlarının hələ də anlaya bilmədiyi o böyük dünyada səni hifz eləsin! Bizlər də yanına gələndə səni o dünyada da ucalan görüb sevinək! Sən bu yolu ömrünün çiçəklənən çağında seçdinsə, demək belə lazımmış, qardaş oğlu!
Azər, biz səndən seçdiyin bu yoldan başqa çox böyük mətləblərə çatacağını gözləyirdik. İndi gənclər bir ali məktəbə qəbul olub təhsil almaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Sənsə... Yenə də qeyri-adi addım atdın.Bakıda çox nüfuzlu ali məktəbə uğurla qəbul imtahanı verib yüksək balla qəbul olundun.Bunada qane olmadın.Dünya miqyaslı ali məktəblərə üz tutdun,qəbul imtahanlarında özünü sınadın.Buradan da böyük qələbə ilə çıxdın,ən yüksək bal topladın.Bir neçə ölkənin nüfuzlu ali məktəblərinə qəbul olmaq imkanın yaransa da əmin ,el- obamızın çox sevimli ziyalısı, təvazökar, böyük insan,Bakı Texniki Universitetinin dosenti və sənin də , bizim də şəxsiyyətinə böyük hörmət etdiyimiz Əhməd müəllimin təklifi ilə Türkiyəni,İstanbul Universitetini seçdin. İlk andaca müəllimlərinin sevimlisinə çevrildin, hətta can-ciyər "yad" ölkədə sənə təqaüd də verdilər. Özü də böyük məbləğdə. Bu uğurların ata-anana, bacılarına, təzə qohum olduğun, Azərbaycanın Ağdam bölgəsində ad-sanı ilə seçilən İnqilab babana, Aynurənin qayınatası İsmayıla, onun qardaşlarına (Allah var eləsin!), Aynurənin həyat yoldaşı, özünü sənə qardaş sayan Tapdığa nə qədər sevinc, nə qədər fəxr idin. Amma... Görünür, yazın bura qədərmiş, Azər!
Sənin dərrakəli olduğunu bilirdim, ancaq bu qədər dərin biliyə, savada, dünya görüşünə və iradəyə malik olduğunu dərk edə bilməzdim. Sən ölümqabağı yazdığın 12 səhifəlik - vəsiyyətnamənmi deyim, yoxsa yaxınlarından üzrxahlığınmı deyim- burada gəlimli-gedimli, sonucu ölümlü dünyanın gərdişlərini yaşına xas olmayan şəkildə nece yerli-yataqlı şərh edibsən. İnsan ona nəzər saldıqca, elə bil ki, ayılır, dünyaya yenidən baxır...
Azər, sən dünyaya meydan oxudun, əbədi hesab etdiyin dünyaya qovuşdun! Azər, sən heç vaxt unudulmayacaqsan. Allah səni o dünyada utandırmasın. Yerin behişt olsun, torpağın nurla dolsun... Orada yaşa, yarat, sevin, bütün arxada qalanlarını sevindir, bu dünyanda 20 il sevindirdin, o dünyanda 20 əsr sevindir... Və sənə bir şad xəbər də çatdırım! Bu fani dünyaya əlvida dediyin gündən cəmi 4 gün sonra dayı oldun. Aynurə dünyaya bir gözəl qız gətirdi... Gözün aydın, Azər!...
Azər, ömrümün son anlarında yazdığın qeydlərində nə qədər dərin dərrakə sahibi olduğunu bir daha nümayiş etdirməsin. Həmin qeydlərdən bəzi hissəni oxucularımıza təqdim etməyi özümüzə borc bildik: << Milyonlarla planetin içində balaca bir planetdə saniyənin milyonda birində yaşadım. Xaos nəzəriyyəsinə dayanaraq yəqin ki, mən də- istəyərək və istəməyərək nələrisə dəyişdirdim. Bu sistemdə yaşamaq istəmirəm. Mən bundan sonrasını istəmirəm!..
İşıq sürətinə çatan bir nəqliyyat vasitəsi ilə hərəkət edərsək, zaman bizə görə yavaşlayar, yəni ki, Yerə döndüyümüz zaman digərlərinə görə daha az zaman keçirmiş olarıq. İşıq sürətinə çatan isə düşüncədir. Yəni əgər beynimizdə toplu bilinçaltına nəzarət edə bilsək, gələcəkdə olanları da görə bilərik!
Elm, elm, elm. Hər şey elmdədir, bəşəriyyəti düşdüyü düyünlərdən elmli insanlar, elm xilas edəcəkdir! >>
Bəli, sən gələcəyi hamıdan tez və hamıdan dəqiq görüb haqq dünyana qovuşdun! Allah sənə rəhmət eləsin!..
Ruhun qarşısında daim baş əyən əmin:
İSLAM
Gürcüstan qəzetinin baş redaktoru