Qadağan olunmuş film Bakıda nümayiş olunacaq

alt"Addım Gənclər Təşkilatı" Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Fransa səfirliyinin dəstəyi ilə "EkoLogika" layihəsini gerçəkləşdirir.

ANS PRESS-in məlumatına görə, 22 aprel "Dünya Yer Günü"ndə Bakıda layihə çərçivəsində yekun tədbir və təlimlər baş tutacaq. Təlimlərdə dövlət rəsmilərinin, şirkət nümayəndələrinin, səfirlik əməkdaşlarının, QHT nümayəndələrinin və gənclərin iştirak edəcəyi bağlanış mərasimi olacaq.

Tədbirdə layihənin promo videosu və məşhur fransız rejisoru Yann Artus Bertrandın "Home" ( Ev) filmi nümayiş olunacaq. Bu film dünyanın 36 ölkəsində qadağan olunsa da, Azərbaycanda rəsmi icazə ilə nümayiş olunur.

"EkoLogika" layihəsi çərçivəsində ilk olaraq 18 apreldə Lənkəran şəhərində “Gənclərin Ekoloji problemlərin həlli istiqamətində maarifləndirilməsi və onların bu prosesdə təşəbbüslərinin artırılması” mövzusunda interaktiv təlim həyata keçirilib. Təlim Lənkəran şəhərində yerləşən Gənclər mərkəzində həyata keçirildi. Saat 13:00 da başlanan təlimdə 30 gənc iştirak edib. Təlimçi Tofiq Sadıxov mövzu ilə ətraflı məlumat verib, gənclərlə maraqlı müzakirələr apardı. Eyni zamanda layihənin promo videosu nümayiş olundu.

“Gənclərin Ekoloji problemlərin həlli istiqamətində maarifləndirilməsi və onların bu prosesdə təşəbbüslərinin artırılması” mövzusunda interaktiv təlimdə iştirak etmək istəyən gənclər ADDIM gənclər təşkilatının facebook səhifəsinə və ya Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron ünvanına yaza bilərlər.