Prezident İlham Əliyev Malta prezidentini təbrik edib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekaya təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Malta Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi yolunda atdığımız addımlar xalqlarımızın rifahına töhfələr verəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim sülh və firavanlıq arzulayıram”.