SOCAR-ın maşını qəzaya düşdü - ölən vəyaralananlar var
SOCAR-ın Təhlükəsizlik İdarəsinin neft kəmərlərini mühafizə edən 35 saylı komandasında posta təhkim olunmuş 90 AR 644 dövlət nömrə nişanlı “Mitsubishi” markalı nəqliyyat vasitəsi bu gün səhər saat 7 radələrində Böyükşor-Sumqayıt kəmərinin 10-cu kilometrində xəttin 70 metrliyində idarəetməni itirərək, arxadan qarşıdakı avtomobilin qoşqusuna çırpılıb.
"Dalğa TV" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, qəza nəticəsində sürücü Məlikli Mətləb Abdulla oğlu hadisə yerində keçinib, atıcılar Sadıqov Sakit Babat oğlu və Məmmədov Rəşad Fazil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.