Azərbaycanlı tələbə Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən 44-cü “Avropada Klinik Əczaçılıq” adlı beynəlxalq konfransda çıxış edib və ali mükafata layiq görülüb.

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

3 gün davam edən simpozium şəhərin mərkəzindəki "Altıs Grand" hotelində baş tutub . Konfransdan bir gün əvvəl tədbir təşkilatçıları və Avropanın bir çox ölkələrindən qatılan müəllim heyəti ilə tələbələr arasında görüş keçirilib. Görüşdə tədbirin əsas mövzusu olan " Dərmanlar haqqında düzgün məlumat - daha yaxşı qərar verməyə kömək edir" müzakirə olunub.

Tədbiri Avropanın Klinik Əczaçılıq cəmiyyətinin prezidenti İsveçrəli professor Markus Lampert açıb. Daha sonra Simpoziumun prezidenti professor Fernando Fernandez qonaqları salamlayıb.Tədbirdə çıxış edənlər "Avropada Klinik Əczaçılığın tibbdə rolu" və günümüzdə aktual olan bir çox tibb sahəsini əhatə edən mövzulardan bəhs ediblər.

3 gün davam edən tədbirdə bir çox Avropa ölkələrindən qatılan tələbə və müəllimlər Kliniki Əczaçılıq sahəsində yazdıqları məqalələrini təqdim ediblər. İştirakçılar arasında Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş , daha sonra Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan İstanbul Marmara Universitetində təhsilini davam etdirmiş azərbaycanlı tələbə Samirə Şahismayıl qızı Məmmədova da öz məqaləsi ilə çıxış edib. Tələbənin mövzusu "Xroniki ağciyər xəstələrinin evdə və xəstəxanada istifadə etdikləri dərmanların qarşılaşdırılması və bundan yarana biləcək problemlərin həlli yolları"nı əhatə edib. Fəal iştirakına görə seçilmiş tələbələr arasında olan həmyerlimizə sonda sertifikat təqdim olunub.

Qeyd edək ki, növbəti 45ci "Avropada Klinik Əczaçılıq" simpoziumunun Norveçin Oslo şəhərində keçirilməsi nəzərdə tutulur.