Türkiyədə 236 qadın öldürülüb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

2015-ci ilin oktyabr ayında Türkiyədə kişilər tərəfindən 25 qadın öldürülüb, 15 qadına təcavüz edilib, 29 qadın isə yaralanıb.

"Dalğa TV" Bianet insan haqları qrupuna istinadən xəbər verir ki, Ötən ay ərzində bir uşaq və bir kişi də öldürülüb. Bundan əlavə, 3 qadının ölümü də hələ ki müəmmalı qalıb və qatilləri tapılmayıb.

2015-ci ilin ilk 10 ayında isə kişilər tərəfindən 236 qadın öldürülüb, 112 qadına təcavüz edilib, 157 qadın fahişəliyə vadar edilib, 319 qadın isə yaralanıb.

Ölümlərin əsas səbəbləri qadınların həyat yoldaşlarından boşanmaq istəmələri, qeyri-rəsmi nikahda yaşamaq təklifini rədd etmələri və qısqanclıq olub.

Cinayətlərin 55,5 faizi odlu silahla törədilib. 12 qadın tapança, 3 qadın tüfəng, 7-si bıçaq, 1-i boğularaq və 1-i isə boğazı kəsilərək öldürülüb.

Törətdikləri cinayətlərdən sonra qatillərin 3-ü intihar edib, biri intihara təşəbbüs göstərib.