Gürcüstanda 25 yaşlı azərbaycanlının üzərində psixotrop maddə aşkarlanıb
Gürcüstan polisinin Nazirliyinin Qardabani rayonunda həyata keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində 25 yaşlı azərbaycanlı gənc saxlanılıb.
"Dalğa TV"nin məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Qardabani rayonunun Qaçiani kənd sakini, əvvəllər məhkumluq həyatı yaşamış 1991-ci il təvəllüdlü Elnur Q. adlı azərbaycanlının üzərində kağıza bükülmüş 0,38 qr "Bio" adlı psixotrop maddə aşkarlanıb.
Elnur Q. günahını boynuna alıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin II bəndinə əsasən (psixotrop maddənin qanunsuz alınması, istifadəsi və saxlanılması) cinayət işi qaldırılıb, araşdırma aparılır.