Gürcüstanda azərbaycanlı qızı qaçıran şəxs saxlanılıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan polisi ona bu işdə yardım edəni axtarır.

Tbilisi Polis Departamentinin və İsani-Samqorsk idarəsinin əməkdaşları müştərək əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisidə Rusiya vətəndaşı, 1999-cu il təvəllüdlü Elçin İ. saxlayıblar.

"Dalğa TV" Gürcüstan KİV-nə istinadən xəbər verir.

"İstintaq müəyyən edib ki, Elçin İ. öz yoldaşları ilə birgə 19 fevral tarixində 1998-ci il təvəllüdlü Samirə Bayramovanı qaçırmaqda təqsirli bilinir. O, Samirəni evlənmək məqsədilə qaçırıb", - DİN yaydığı məlumatda deyilir.

İstintaq Gürcüstan CM 143-cü maddəsinin 3-cü bəndinin "a" və "b" hissələri (qanunsuz azadlıqdan məhrum etmə, əvvəlcədən razılaşdırılaraq bir qrup tərəfindən azyaşlıya qarşı törədilən cinayət) üzrə aparılır.