Tiflisdə azərbaycanlıdan heroin götürülüb
Gürcüstanda azərbaycanlıdan narkotik götürülüb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Tiflisdə keçirilən əməliyyatla əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Bayram E.-dən 12 paketə qablaşdırılmış narkotik vasitə olan 9,3512 qram heroin tapılıb.
Faktla bağlı cinayət işi başlanıb.