Kürəyini 150 minə satdı - Foto
Tim Steiner adlı İsveçrə vətəndaşı belində məşhur bir rəssam tərəfindən çəkilən döyməsini alman sənət kolleksioneri Rik Reinkingə 150 min avroya satıb.
“Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, əvvəllər tatuaj salonu olan 40 yaşlı Steiner ildə 3 dəfə sənət qalereyasında belini nümayiş etdirir.
O, döyməsini sərgiləyərkən tərpənmədiyini və danışmadığını, buna görə insanların onu heykəl zənn etdiklərini söyləyib: “Mənim insan olduğumu biləndə çox təəccüblənirlər”.
Qeyd edək ki, Steiner öləndən sonra onun kürək dərisi soyularaq çərçivəyə salınacaq.