İstirahət mərkəzində sevgilisini qətlə yetirən şəxsə hökm oxundu - 18 il həbs
Quba rayonda fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzində 2016-cı yanvarın 15-də Bakı şəhər sakini, 38 yaşlı Könül Zalovanı qətlə yetirən Elməddin Əhmədovun istintaq işi başa çatıb.
AzNews.az xəbər verir ki, Qubada oteldə sevgilisini qətlə yetirən Elməddin Əhmədova hökm oxunub.
Elməddin Əhmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.
1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən ötən ilin 2016-cı il yanvarın 15-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzində qətlə yetirilib.