Azərbaycan-Gürcüstan sərhədində sıxlıq
Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı Körpü” gömrük-buraxılış məntəqəsində sıxlıq müşahidə olunur.
Dalga tv Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarından həm avtomobil, həm də piyada keçid məntəqəsində uzun növbələr yaranıb.
Buna səbəb kimi Novruz bayramı tətilində Tiflisə gedən azərbaycanlıların geri qayıtmaları göstərilir.