Gürcüstanın aztəminatlı vətəndaşları dərmanları pulsuz alacaq
Ümumi səhiyyə proqramı çərçivəsində 500-600 min Gürcüstan vətəndaşı – sosial təminatsız və ya tənha təqaüdçülər bu ilin yayından başlayaraq hər ay xroniki xəstəliklərin müalicəsi üçün lazımı medikamentləri 1 lariyə ala biləcəklər.
Dalga tv Xeber. ge-yə istinadla xəbər verir ki, bunun üçün hökumət təxminən 4 milyon lari ayırıb.
“Hökumət ümumilikdə 24 medikament almağı planlaşdırır və onlar bizim əhali üçün simvolik qiymətə satılacaq. Maksimum, insanlar bir lari ödəməli olacaqlar. Bundan başqa, onlar lazımı dərmanların üç aylıq ehtiyatını müvafiq aptek şəbəkəsindən ala bilərlər”, Gürcüstanın səhiyyə nazirinin müavini, Sosial xidmət agentliyinin direktoru Zaza Sofromadze deyib.