Lənkəranda ağır yol qəzası baş verib: 10-a yaxın yaralı var

Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Lənkəranın Liman şəhərində qeydə alınıb.

Belə ki, “42-ZA-220” dövlət seriya nişanlı, “VAZ-2106” markalı avtomobil “99-DK-328” dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2106”da olan üç azyaşlı, iki qadın və sürücü ağır xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı xəsarət almış qadınlardan biri hamilədir.

Hadisə zamanı həmçinin “Opel” markalı avtomobilin sürücüsü də yaralanıb.

Yaralılar yerli sakinlərin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılıb. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib.