Son dəqiqə!Bakı metrosunda həyəcanlı anlar yaşandı-QATAR XƏTTDƏN ÇIXARILDI
Bu gün səhər saatlarında Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarda həyəcanlı anlar yaşanıb.
Narahatlığa səbəb isə qatarın nasaz vəziyyətdə olması olub. Dalga tv Sonxeber.az-a istinadən bildirir ki, bu barədə BiG.AZ -a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Dərnəgül" stansiyasından "Memar Əcəmi" stansiyasına qədər qatar normal sürətindən yavaş hərəkət etdiyini bildirib: "Qatar "Memar Əcəmi" stansiyasında xətdən çıxarılıb. Buna görə biraz gecikmə baş verib. Hazırda intervalın bərpa olunması üçün iş aparılır. Yaxın müddətdə gecikmə tam olaraq aradan qaldırılacaq"