Tbilisidə partlayış təhlükəsi ilə əlaqədar hava limanı təxliyə edilib
Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğunun olması ilə bağlı zəngin yalan olduğu müəyyən olunub.
APA-nın yerli bürosunun məlumatına əsasən, axtarışlar zamanı hava limanında heç bir partlayıcı qurğu tapılmayıb.
Təxliyə olunmuş hava limanının əməkdaşları və sərnişinlər havalimanına buraxılıb.
Gürcüstan DİN insidentlə əlaqədar məlumat yayıb. Məlumatda hava limanında partlayıcı qurğunun olması ilə bağlı xəbərin yalan olduğu bildirilir.
Tbilisi hava limanı artıq fəaliyyətini bərpa edib.