Ələtdə ailənin 4 üzvü qəzaya düşdü: Ölən var
Bu gün Göygöl rayonunda baş verən qəzada xəsarət alan şəxslərdən biri həyatını itirib.
Dalga tv APA-ya istinadən xəbər verir ki, Göygöl-Toğanalı avtomobil yolunda, Göygöl Olimpiya İdman Kompleksinin yaxınlığında “VAZ 21-07” və “Zaporojets” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Yunis Xıdırov, 1988-ci il təvəllüdlü Vəfa Xıdırova, 1995-ci il təvəllüdlü İsmayıl Əmirov və Göygöl rayon Şəhriyar kənd sakini 1993-cü il təvəllüdlü Elxan Nəbiyev xəsarət alıb.
Həkimlərin səyinə baxmayaraq Elxan Nəbiyev həyatını itirib.