Min bir dərdin dərmanı — Çayın bilmədiyimiz 12 FAYDASI
Çay içmək azərbaycanlıların gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib.
Bəs görəsən çay sağlamlığa necə təsir edir? Dalga tv bu gün oxucularına içilən çayın faydalarından bəhs edəcək.
Səhərlər yuxudan oyananda bir çoxumuzun əsas işi mətbəxə gedib çay dəmləməkdir. Evimizə qonaq gələndə də ilk işimiz çay dəmləməkdir. Günün müxtəlif saatlarında da çay içirik.
Çayın faydaları bunlardır:
1.Daha yaxşı çalışan ürək: 2009-cu ildə aparılan tədqiqatlara əsasən, gün ərzində 3-4 fincan çay içən şəxslərdə ürək fəaliyyəti daha az çay içənlərə nisbətən 21% daha yaxşıdır. Harvard univestitetində aparılan araşdırma isə çay içməyin infarktı 44% azaltdığını məlum edib. Xolesterolu isə 11% azalır.
2.Xərçəngə qarşı qoruyucu: Çay içəndə qəbul edilən polifenol və kateşinlər bəzi xərçəng növlərinin yaranmasının qarşısını alır. Məsələn, gündə 2-3 fincan çay içən qadınlarda döş və yumurtalıq xərçəngi riski daha azdır. Bundan başqa ağciyər xərçənginə qarşı da effektivdir.
3.Sağlam sümüklər: Çayın tərkibindəki fitokimyəvi maddələr müntəzəm olaraq güclü sümükləri dəstəkləyir, sümüyün qalınlığına təsir edir, osteoporoz və artrit riskini azaldır.
4.Diabet riskini azaldır: Müntəzəm olaraq çay içən insanlarda diabet riski azalır.
5.Ağız sağlamlığı: Çay dişlərin çürüməsinə səbəb olan bakteriyaların inkişafını əngəlləyir. Çayın tərkibində olan polifenollar ağız boşluğunda olan və yapışqanlıq dadına səbəb olan maddələrin inkişafının da qarşısını alır.
6.Piyləri əridir: Əsasən də qarın nahiyəsindəki yağlanmanı azaldır, piyin yandırılmasını dəstəkləyir.
7.Antioksidantlar:Tərkibində polifenol miqdarı yüksək olan çay DNK zədələnməsinin qarşısını alır. Limon əlavə edilərək içilən çay antioksidant miqdarını artırır.
8.Stresi azaldır: Çayın tərkibində olan "L-theanine" rahatlayıcı və uzun müddət yaxşı müvazinəti dəstəklədiyi tədqiqat nəticəsində məlum olub. Gün ərzində 2-3 fincan çay içən insanlarda stres hormonu və kortizolun səviyyəsi azalır.
9.Güclü immunitet sistemi: Çayın tərkibində olan alkylamine maddəsi immunitet sistemini gücləndirir. Çay viruslara qarşı mübarizə aparır. Bu isə immunitet sistemi üçün qoruyucu qalxan rolunu oynayır.
10.Həzm sisteminə müsbət təsir edir: Çay mədə və bağırsaq xəstəliklərinə müsbət təsir edir və həzm sisteminin aktivliyinin azalmasına səbəb olur.
11.Enerji artırır: Çayın tərkibində kafeinin miqdarı az olduğu üçün qan dövranına müsbət təsir edir, beyin funksiyalarını gücləndirir. Bundan başqa metabolizm və nəfəsalma sistemi, qəlb və böyrəklərə də təsir edir.
12.Xoşbəxtlik faktoru: Qaydalara uyğun yığılan və qurudulan çayı dəmləyəndə insana xoşbəxtlik hissi bəxş edir. Belə çay orqanizmin bütün funksiyalarını qoruyur.