Gürcüstanda arvadını 16 bıçaq zərbəsi ilə qətlə yetirən azərbaycanlıya 16 il iş verilib

Gürcüstanda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirmiş azərbaycanlı 16 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Baş prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, Rustavi şəhər məhkəməsi təqsirləndirilən şəxsi qətldə təqsirli bilib.

İstintaqla müəyyən olunub ki, bu il mayın 3-də Bolnisi rayonunda X.Nəbiyev həyat yoldaşı E.Quliyevaya qısqanclıq zəminində 16 bıçaq zərbəsi vurub.

Nəticədə E.Quliyeva ölüb.