Bakıda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Bakının Qaradağ rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Xocəsən-Lökbatan yolunda baş verib. "Mercedes-190” markalı minik avtomobilinin  "Mercedes " markalı mikroavtobusla toqquşması nəticədə 5  nəfər ölüb. Məlumata görə, ölən şəxslərin hamısı minik avtomobilində olanlardır. Qəza zamanı mikroavtobusun sürücüsünün xəsarət almadığı bildirilir. 

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. 

Ölən şəxslərin kimliyi müəyyənləşdirilir.

Hazırda ərazidə polis əməkdaşları tərəfindən araşdırma aparılır.