Xırdalanda yanğın: 25 nəfər təxliyyə olundu
Xırdalanda 17 mərtəbəli binada başlayan yanğın söndürülüb.
Dalga tv Qaynarinfo-ya istinadən xəbər verir ki, yanğınsöndürənlərin hadisə yerinə gəlişindən qısa zaman sonra yanğın nəzarət altına alınıb. 25 nəfər təxliyyə olunub.
FHN-nin Abşeron rayon DYMH rəisi, polkovnik-leytenant Səbuhi Hüseynov bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb.
Təxliyyə olunan sakinlərə təcili yardım briqadası ilkin yardım göstərir.