Gürcüstanda azərbaycanlı çaqqal hücumuna məruz qalıb
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun mərkəzində yerli sakin çaqqal hücumuna məruz qalıb.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, çaqqal həmin şəxsin ayaqlarını dişləyib.
Həmin şəxsə vaksin vurulub və o, 10 gün ərzində həkim nəzarətində olacaq.
Marneuli rayonunun İctimai sağlamlıq mərkəzindən bildirilib ki, ötən il rayonda çaqqal dişləməsi ilə bağlı 9 fakt qeydə alınıb.