Gürcüstanda yol qəzasında 2-si uşaq olmaqla 6 nəfər ölüb

Gürcüstanda Rikoti tunelində ötən gecə baş vermiş avtomobil qəzasında 2-si uşaq olmaqla 6 nəfər ölüb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, tuneldə yük maşını minik avtomobili ilə toqquşub. 5 nəfər hadisə yerində ölüb. Bir nəfər isə xəstəxanaya çatdırılsa da, bu gün səhər saatlarında dünyasını dəyişib.

Gürcüstan Daxili İşlər Nazirliyindən yük maşınının sürücüsünün saxlanıldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.