Bu ilin ilk Ay tutulması başlayıb
İlin ilk Ay tutulması başlayıb.
Dalga tv xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya deyib ki, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanıb, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.
Onun sözlərinə görə, tutulma Azərbaycan ərazisində 18:00-dan etibarən Ay doğduqca görünəcək və həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq: "Azərbaycan ərazisində saat 18:00-dan sonra Ay tutulmasını müşahidə edə biləcəyik".
X. Mikayılov bildirib ki, tutulma zamanı Ay qırmızı rəngdə göründüyü üçün buna adətən "Qanlı Ay tutulması" da deyilir: "Super Ay tutulması" yanvarın 1-də müşahidə olunub, bugünkü "Super Ay tutulması" deyil".
Direktor müavini qeyd edib ki, tutulma Yerin ekvatorial zonasında baş verəcək.
Qeyd edək ki, ikinci Ay tutulması iyulun 28-də olacaq.