GUAM-ABŞ Xarici İşlər Nazirləri Şurasının növbəti iclası olmuşdur
BMT Baş Məclisinin 68-ci sessiyası çərçivəsində GUAM-ABŞ Xarici İşlər Nazirləri Şurasının növbəti iclası (GUAM-ABŞ formatında 25-ci görüş) olmuşdur.
ABŞ-ın nümayəndə heyətinə dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland başçılıq etmişdir.
Tərəflər müxtəlif formatlarda, hər şeydən əvvəl nazirlər səviyyəsində GUAM-ABŞ dialoqunun əhəmiyyətini və qarşılıqlı faydasını qeyd etmişlər. Bununla əlaqədar, beynəlxalq və regional əməkdaşlıq, eləcə də GUAM-ABŞ formatında proqram və layihələrin gələcək implementasiyası məsələlərinin geniş spektri üzrə fikir mübadiləsinə xüsusi diqqət göstərilmişdir.
GUAM-ın Xarici İşlər Nazirləri Şurası təşkilatın nizamnamə vəzifələri və məqsədlərinin həyata keçirilməsində göstərdiyi davamlı dəstəyə görə ABŞ hökumətinə təşəkkürünü bildirmişdir.
Görüşün sonunda GUAM-ABŞ Birgə Bəyanatı qəbul edilmişdir.