Əsədin təyyarəsi liseyi bombaladı
Suriyada Əsəd güclərinə aid döyüş təyyarəsi Rakka şəhərində liseyi bombalayıb. Suriya Yerli Koordinasiya Komitəsi tərəfindən verilən açıqlamada bombardman zamanı 14 şagird ölüb, 30 şagirdin isə yaralandığı bildirilir.
Hücum zamanı yaralanan bəzi tələbələrin vəziyyətlərinin ağır olduğu qeyd edilən açıqlamada, yaralıların səhra xəstəxanalarında müalicə olunduğu bildirildi.
Suriya Koordinasiya Komitəsi rejim güclərinin ölkənin şimalındakı bir çox şəhərdə hava hücumu planlaşdırdığını vurğuladı.